BQXK əsgərin meyitinin Azərbaycana qaytarılmasına kömək olacaq

bqxk-esgerin-meyitinin-azerbaycana-qaytarilmasina-komek-olacaq
Oxunma sayı: 1470

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan hərbçisinin meyitinin qaytarılmasına yardım etməyə hazır olduğunu bəyan edib.
 
“Qafqazinfo”nun məlumatına görə, BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurum öz mandatına uyğun olaraq neytral vasitəçi kimi Azərbaycan və Ermənistan hakimiyyət orqanlarının razılığı ilə azərbaycanlı hərbçinin meyitinin qaytarılmasına yardım etməyə hazırdır.
 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.
 
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası meyitin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edib.