Radikal dindarların yolu Cavid Qurbanovdan keçir

radikal-dindarlarin-yolu-cavid-qurbanovdan-kecir
Oxunma sayı: 647

“Azəryolservis” Açlıq Səhimdar Cəmiyyətinin rəhbəri, millət vəkili Cavid Qurbanovun sürücüsünün ölkədən qaçması barədə məlumat gündəmi qarışdırıb. Məlumata görə, millət vəkilinin sürücüsü Mahir Quliyev (Lənkərani) ölkədə radikal dini qruplaşmanı maliyyələşdirirmiş. Bir neçə gün əvvəl “Qafqazinfo” eksklüziv olaraq bu barədə məlumat yaymışdı. Dünən isə “Olaylar” bu mövzuda bəzi xəbərləri yayıb. Agetliyin xəbərinə görə, C. Qurbanova yaxın mənbələrdən olan şəxs bildirib ki, bu məsələdən “Azəryolservis” rəhbərinin şəxsən məlumatı olub və bu proses illərdir ki, davam edirmiş.

Mənbənin dediyinə görə, radikal dini qruplaşmanın maliyyələşməsində C. Qurbanov şəxsən maraqlı olub. Sürücünün özünü də bu yola elə cənab Qurbanov çəkib. Mənbənin dediyinə görə, araşdırmalar zamanı məlum olub ki, M. Quliyev radikal dindarlara maliyyəni də C. Qurbanovdan alırmış. Ona görə də bu qədər məbləği vaxtında ödəyə bilib və radikalların maliyyə mənbəyinə çevrilib. İşin üstü açılanda isə C. Qurbanov işi sürücünün boynuna götürməsini xahiş edib və onu təhlükəsiz olaraq xaricə göndərib. Mənbə məsələ ilə bağlı bunları da açıqlayıb: “Kim inanar ki, adicə sürücü dini qruplaşmaya milyonlar xərcləyər. Sadəcə gülüncdür. Əgər M. Lənkəraninin o qədər pulun olsaydı C. Qurbanova niyə sürücülük edirdi? Elə pulu olan insan özünə bir neçə sürücü götürür. Bu maliyyələşmə birbaşa C. Qurbanova aiddir. Sadəcə, M. Lənkərani vasitəçi idi. Fakt aşkarlanandan sonra da C. Qurbanov onunla danışıq aparıb və bir həftədən sonra Azərbaycandan qaçırıb. Hazırda da o, C. Qurbanovun otelində rəhbərdir”. Mənbənin dediyinə görə, sürücü hazırda ölkələrin birində C. Qurbanovun otel biznesinə rəhbərlik edir. Azərbaycandan qaçırılan M. Lənkərani indi daha yüksək postda-C.qurbanovun otelində icraçı direktor vəzifəsindədir. C. Qurbanov isə başqa sürücü götürüb.


Məsələni dəqiqləşdirmək üçün C. Qurbanovla əlaqə saxlamağa çalışdıq. Lakin deputat telefonu açmadı.


Bununla belə onun da mövqeyini dərc etməyə hazırıq. (“Azadlıq” qəzeti)