Rafiq Əliyev filmi - Video

rafiq-eliyev-filmi-video
Oxunma sayı: 1089

Azərbaycanın görkəmli alimi, qeyri-müəyyənlik nəzəriyyəsinin yaradıcısı, professor Rafiq Əliyev haqqında sənədli film çəkilib. Yazıçı-jurnalist Elxan Xanəlizadə bu gün 70 illik yubileyini qeyd edən dünya miqyaslı alim Rafiq Əliyev haqqında çəkdiyi “Bizi tanıdanlar – Rafiq Əliyev” sənədli filmini “Qafqazinfo”ya təqdim edib. Filmin müəllifi bildirib ki, ilk dəfə geniş ictimaiyyətə təqdim olunan sənədli film 2011-ci ilin avqust ayında çəkilib. Yerli telekanallardan birində göstərilməli olan filmin yolu ötən ilin payızında bağlanıb. Elxan Xanəlizadə onu da qeyd edib ki, yarım saatlıq bu filmdə professor Rafiq Əliyev haqqında hər şey var.

Bu gün R. Əliyevin 70 yaşı tamam olur. Bu münasibətlə “Qafqazinfo.az” həmin sənədli filmi oxuculara təqdim edir.

Filmə tam halda aşağıdakı linklərdən baxa bilərsiniz.

Bizi Tanidanlar - Rafiq Aliyev - 1. hisse

Bizi Tanidanlar - Rafiq Aliyev 2.hisse

Bizi Tanidanlar - Rafiq Aliyev 3.hisse

Bizi Tanidanlar - Rafiq Aliyev SON

rafiggg.flv