Rafiq Əliyev Milli Məclisdə də müzakirə olundu

rafiq-eliyev-milli-meclisde-de-muzakire-olundu
Oxunma sayı: 855

“Media forum” saytının məlumatına görə, deputat deyib: “Rafiq Əliyev dünyada tanınmış alimdir. Onun göstərilən səbəblərlə işdən azad edilməsi gülüncdür. Ölkə rəhbərliyi, parlament rəhbərliyi təcili şəkildə Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayevin bu yanlışını düzəltməlidir. Rafiq Əliyevin işə bərpa olunması üçün rektora müraciət olunmalıdır”.

Hakim Yeni Azərbaycan Partiyasından deputat Aydın Mirzəzadə İqbal Ağazadənin çıxışına reaksiya verərək deyib: “Bu cür xırda məsələlərin parlament müzakirəsinə çıxarılması gülüncdür. Hansısa bir insanın kafedra müdiri vəzifəsindən azad olunması parlamentdə müzakirəyə çıxarılacaq məsələ deyil. Azərbaycanda onlarla ali məktəb, yüzlərlə kafedra var. Bununla bağlı məsələlərə parlamentdə deyil, elmi şuralarda baxılmalıdır”.

Müxalif deputat Fazil Mustafa Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsindən çıxarılmasının xırda məsələ olmadığını deyib. Rafiq Əliyevin dünya şöhrətli alim olduğunu vurğulayan deputat ona və digər ziyalılara hücumları yolverilməz sayıb: “Necə demək olar ki, Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Cəmil Həsənli ziyalı deyil?”