Rafiq Tağının cənazəsi ailəsinə verilməyib

rafiq-taginin-cenazesi-ailesine-verilmeyib
Oxunma sayı: 681

Bu barədə “Qafqazinfo”ya jurnalist Marif Çingizoğlu məlumat verib. Onun sözlərinə görə, hazırda Rafiq Tağının cənazəsi Kliniki Tibbi Mərkəzin morqundadır: “Mən səhər saat 05.00-dan burada gözləyirəm. Demişdilər lki, saat 06.00-da ailəsinə təhvil veriləcək. Lakin indiyə kimi burada saxlanılır. Məndən başqa burda heç kim yoxdur. Bir də polis mühafizəsi təşkil edilib”.
Qeyd edək ki, Rafiq Tağının harada dəfn olunacağı hələlik dəqiqləşməyib.