Rafiq Tağının qardaşı onun ölümündən danışdı

rafiq-taginin-qardasi-onun-olumunden-danisdi-
Oxunma sayı: 649

Bunu ANS-ə eksklüziv açıqlamasında bu gün qəflətən vəfat edən tanınmış yazıçı-publisist Rafiq Tağının qardaşı İlqar Tağıyev deyib. Onun sözlərinə görə, qardaşının bir az tənginəfəsliyi var idi: “Həkimlər sakitləşdirdi, biz də onun sonda belə olacağını ehtimal etmirdik. Çay verdik, hətta o biri qardaşım gələndə, ona bulyon və qatıq gətirməsini sifariş etmişdik”.

İ.Tağıyev deyir ki, birdən-birə Rafiq Tağı qaytarmaq istədiyi bildirib: “Həkim gəldi iynə vurdu. Amma nə iynə olduğunu bilmirəm. O bir daha qaytarmaq istədiyi bildirdi. Mən də selofan tutdum, o həddindən çox qaytardı. Sonra onun gözləri bərəldi. Amma həkimlər və tibb bacıları yox idi. Bəlkə bu mənim günahımdır. Onun ölümü bəlkə də mənim səhvimin ucbatından baş verib”.

Xəstəxanın baş həkiminin müavini Adil Salahovun sözlərinə görə, qusma baş verdikdən sonra masaj və digər müdaxilələrə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb. Hazırda yazıçının meyiti tibbi ekspertiza üçün Pataloji Anatomiya Birliyinə göndərilib. Ölümün dəqiq səbələri də məhz tibbi ekespertizanın nəticələrindən sonra bəlli olacaq.