Rafiq Tağının vəziyyəti ağırdır

rafiq-taginin-veziyyeti-agirdir
Oxunma sayı: 695

***

1 saylı Bakı Klinik xəstəxanadında Rafiq Tağının cərrahiyyə əməliyyatı saat 6 radələrində başa çatıb. Əməliyyatda iştirak edən cərrahlardan biri, Abbas Abbasov AzadlıqRadiosuna bildirib ki, ölüm təhlükəsi olmasa da Rafiq Tağının vəziyyəti kifayət qədər ağırdır. Bunun əsas səbəblərindən biri odur ki, xəstə çoxlu qan itirib, çünki hücumdan sonra özü evə gəlib, telefonla danışıb və bütün bu müddət ərzində bədənində güclü qanaxmalar olub.

Cərrah deyib ki, əməliiyat çox gərgin olub. Çünki xəstənin bədənində 6 bıcaq deşiyi var. Bu yaralar kifayət qədər ağır zədələr törədib. Onun 2 qabırğası sınıb, mədəsi, diafraqması zədələnib, dalağını isə ümumiyyətlə çıxartmağa məcbur olublar. Rafiq Tağının vəziyyətinin ağır olduğunu bildirən Abbasov, daha çox diafraqmanın zədələnməsindən qayğılandığını deyib. "Onu suni nəfəs sistemindən ayırandan sonra vəziyyətə daha aydın qiymət vermək mümkün olacaq" - deyə Abbasov əlavə edib.

***

Muxbirimiz xəstəxandan xəbər verir ki, Rafiq Tağının cərrahiyə əməliyyatının daha 2-3 saat çəkəcəyi gözlənilir. Bu haqda məlumat verən növbətçi həkim Rafiq Tağının vəziyyətinin ağır olduğunu bildirib.

***

Həkim Abbas Abbasov Rafiq Tağının çox qan itirdiyini, buna görə vəziyyətinin ağır olduğunu bildirir. Həkim bildirir ki, o, 5 bıçaq yarası alıb. Yaralardan üçünü təftiş sarıyıblar.

Həkimin dediyinə görə bir bıçaq zərbəsi Rafiq Tağının sümüyünü sındırıb. Qarnından aldığı daha iki bıçaq zərbəsi ilə bağlı isə hələ əməliyyat davam edir. Bu əməliyatın hələ bir müddət çəkəçəyi gözlənilir.


Polisdən hələlik Rafiq Tağının bıçaqlanması ilə bağlı hər hansı açıqlama vermirlər. Polis əməkdaşları onun ailə üzvlərini dindiriblər və hadisə baş verən ərazini araşdırıblar.