Ramazan Bayramında avtobuslar pulsuz olacaq

ramazan-bayraminda-avtobuslar-pulsuz-olacaq
Oxunma sayı: 652

Trend-in Mərkəzin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bəzi paytaxt sərnişin daşıma vasitələri (avtobuslarda) sərnişinlərdən gediş haqqı alınmayacaq. Müəyyən olunmuş marşurutlardan gün ərzində istifadə edən sərnişinlər gediş haqqı ödəməyəcəklər.

Qeyd edək ki, aksiya Ramazan bayramı ilə bağlı həyata keçirilir və bir gün davam edəcək.

Bu aksiya ilk dəfə olaraq Nəqliyyatı Intellektual Idarəetmə Mərkəzi tərəfindən həyata keçirilir. Mərkəz bu kimi aksiyaların davamlı olmasını və gələcəkdə də ənənə halına gəlməsini ümid edir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda tikintisinə başlanıb və 2011 - ci ilin sonundan etibarən fəaliyyətə başlayıb. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemləri aradan qaldırmaqdır.