Ramazzo Türkiyədə həbs olundu

ramazzo-turkiyede-hebs-olundu
Oxunma sayı: 656

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, insan qaçaqmalçılığına qarşı əməliyyatda şübhəlilər arasında Ramazzo Romanın da olduğu bildirilir.
Onun haqqında “insan alveri və fahişələrə yer təmin etmək” iddiası ilə iş qaldırılıb.
İstanbulda bu gün insan alveri ilə bağlı 10 nəfər gözaltına alınıb. 6 aydır davam edən əməliyyat bu gün uğurla başa çatıb.
Şübhəlilərin ilkin ifadəsində məlum olub ki, onlar Ukrayna, Azərbaycan və Rusiyadan model olmaq üçün gələn gənc qızları fahişəliyə cəlb edirlər.