Ramil Usubov 3 polisi işdən qovdu

ramil-usubov-3-polisi-isden-qovdu
Oxunma sayı: 661

“Qafqazinfo”nun DİN-in saytına istinadən verdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.

Həmin şəxslər yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə cəzalandırılıblar. Bundan başqa nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 1 əməkdaşına isə tabeliyində olan əməkdaşların xidməti fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiyinə görə “şiddətli töhmət” elan edilib.