Ramil Usubov dəyişiklik etdi

ramil-usubov-deyisiklik-etdi
Oxunma sayı: 651

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) Qaragüney Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Eminağa Zeynalov tutduğu vəzifədən azad edilərək Qobustan RPŞ-ə rəis təyin edilib.

Nazirin digər əmri ilə Beyləqan RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Elsevər Aslanov Daşkəsən RPŞ-ə rəis təyin olunub. Beyləqan RPŞ-ə hələlik təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl Qobustan RPŞ-nin rəisi, polis polkovniki Namiq Camalov tutduğu vəzifədən azad edilərək Cəlilabad Rayon Polis Şöbəsinə rəis təyin olunub.