Ramil Usubov İrəvanda Qarabağ mahnısına etiraz edib

ramil-usubov-irevanda-qarabag-mahnisina-etiraz-edib
Oxunma sayı: 640

“Qafqazinfo”nun erməni saytlarına istinadən verdiyi xəbərə görə, bu ayın əvvəllərində keçirilən rəsmi görüşlərdən sonra Ermənistanın polis rəhbəri Alik Sarkisyan qonaqları restorana dəvət edib. Qonaqları erməni şou-biznesinin nümayəndələri əyləndiriblər. Sayt bildirib ki, müğənni Vardan Badalyanın (qondarma Dağlıq Qarabağ respublikasının sakini) Qarabağa aid mahnı oxumasından sonra azərbaycanlı nümayəndələrin çəngəl, bıçağı kənara qoyub baş verənlərlə bağlı ucadan etiraz etməyə başlayıblar. “Polis rəhbəri və onun ətrafındakılar çətin vəziyyətə düşdülər və bəyan etmək məcburiyyətində qaldılar ki, burada hər hansı bir siyasi ştrixlər yox idi, müğənni repertuarından sadəcə məhz bu mahnını seçib”.

Xatırladaq ki, nazirlər şurasının İrəvanda keçirilən toplantısına Azərbaycanı daxili işlər naziri Ramil Usubov təmsil edib.

Səidə