Ramil Usubov yerdəyişmə etdi

ramil-usubov-yerdeyisme-etdi
Oxunma sayı: 636

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildirilib ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Ağahüseyn Məmmədov Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub.

Nazirin digər əmri ilə Ədalət Sadıxov Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə rəis təyin olunub.

Məmmədov bundan öncə Nizami rayon Polis İdarəsinin rəisi, Sadıxov isə Kəpəz rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.