“Ramil Usubovun qatil ermənilərin hüzuruna getməsinə haqq qazandırmaq olmaz” – Bəyanat

ramil-usubovun-qatil-ermenilerin-huzuruna-getmesine-haqq-qazandirmaq-olmaz-beyanat
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, Ramil Usubovun səfərini pisləyən təşkilat heç bir bəhanənin bu səfərə bəraət qazandıra bilməyəcəyini qeyd edib: “Ramil Usubovun bütün şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin, Xocalıda ermənilərin xüsusi qəddarlıqla qətlə yetirdikləri öz qohumlarının, daxili işlər nazirliyinin şəhid olmuş əməkdaşlarının qanı üstündən heç nə olmamış kimi keçərək qatil ermənilərin hüzuruna getməsinə heç nə ilə haqq qazandırmaq olmaz. Özünə hörmət edən, azacıq insani keyfiyyətləri olan istənilən adam bu cür addım atmazdı. Daxili işlər naziri postunu tutan, özü də Xocalıdan olan bir şəxs bu addımı atmamalı idi, hətta istefa vermək bahasına olsa da, bu addıma getməməli idi. Görünür, vəzifə hərisliyi bu adamlar üçün hər şeydən üstündür. Vəzifələrini saxlamağın xatirinə hər cür ləyaqətsizliyə getməyə hazırdırlar. Ramil Usubov nə vaxtsa vəzifədən də, həyatdan da gedəcək, amma bu ləkə onun və nəslinin üstündə əbədi qalacaqdır. Biz Ramil Usubovun adını Qarabağın Qara Kitabına salır və onu Şəhidlərimizin ruhları qarşısında lənətləyirik”.

Səidə