Ramiz Mehdiyev müsahibə verdi

ramiz-mehdiyev-musahibe-verdi
Oxunma sayı: 682

Müsahibə ADR hakimiyyətinin süqutundan sonra ölkəmizdə bərqərar olmuş kommunist hakimiyyətinin dövründə milli siyasi təşkilatların yaradılması hüququnun olmamasından, sovet totalitarizmindən, milli dərkin sovet epoxasına adaptasiya olunmasında söz açılır.

R.Mehdiyev bildirir ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilməsindən sonra ölkənin milli mənafeyi və mili inkişaf problemləri həyat kredosuna çevrildi: "1970-80-ci illərdə qüdrətli iqtisadi bazanını yaradılması Azərbaycanını aqrar-sənaye statusu qazanmasına imkan yaratdı. Respublikanın idarə olunmasında milli kadrlara üstünlük verilməsinə başlandı".

Eks-prezident Heydər Əliyevi Almaniyanın federal kansleri Konrad Adenaurla müqayisə edən R.Mehdiyev qeyd edir ki, hər iki şəxsiyyət öz xalqlarının və dövlətlərinin tarixində silinməz izlər qoyublar: "Konrad Adenaur "Yeni Almaniya" yaradaraq müharibədən yenicə çıxmış, iki yerə parçalanmış ölkəsinin sabaha inamını itirmiş vətəndaşlarına yeni milli ideya verib. Heydər Əliyev də 1969-cu ildən etibarən azərbaycanlıların inamını özünə qaytarıb, azərbaycanlıları milli inkişaf naminə bir araya gəlməsini, həmrəy olmasını təmin edib".

Müsahibədə Dağlıq Qarabağ münaqişəsinə, Ermənistanla münasibətlərə, ölkənin yüksək iqtisadi inkişaf templərinə, prezident İlham Əliyevin rəhbərliyi ilə vüsət alan tikinti-quruculuq işlərinə də geniş toxunulub.

musavat.com