Ramiz Mehdiyevə daha bir vəzifə verildi

ramiz-mehdiyeve-daha-bir-vezife-verildi
Oxunma sayı: 697

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda deyilir: “Son illər ərzində aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan vermiş, dinamik sosial-iqtisadi inkişafı və insanlarımızın rifah halının yaxşılaşmasını təmin etmişdir. Məqsədyönlü iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan orta gəlirli dövlətlər sırasına daxil olmuşdur. İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir.

Respublikamızın mövcud potensialı müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin etməlidir”.

Prezident Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə informasiya cəmiyyətinin qurulmasını və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatını nəzərə alaraq “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının yaradılmasını qərara alıb.

Komissiyaya aşağadakı şəxslər tyin edilib:

Dövlət Komissiyasının sədri Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Dövlət Komissiyasının üzvləri Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Misir Mərdanov – Azərbaycan Respublikasının təhsil naziri

Samir Şərifov –Azərbaycan Respublikasının maliyyə naziri

Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri

Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Məleykə Abbaszadə – Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri

Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru

Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

İsmayıl Sadıqov – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri

Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyası “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın layihəsini üç ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.