“Range Rover”lə 2 yaşlı körpənin həyatını məhv etdi

range-roverle-2-yasli-korpenin-heyatini-mehv-etdi
Oxunma sayı: 684

Bakının Nəsimi rayonunda oğul atasının maşını ilə ağır yol qəzası törədib. “Qafqazinfo” nun məlumatına görə, atasına məxsus 90 FZ 100 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobili idarə edən Aydın İlqar oğlu Aydınlı Cavadxan küçəsində 2 yaşlı Altay Rəhimovu vurub. Azyaşlı aldığı xəsarətdən hadisə yerində keçinib. Hadisə azyaşlı uşaq yaşadığı binanın qarşısnda oynayarkən baş verib.

Hadisəni törədən şəxsin general oğlu olduğu bildirilir

Faktla bağlı cinayət işi başlanıb.