“Branson buraxılsa...” - Ağ Evdən Türkiyə açıqlaması

branson-buraxilsa
Oxunma sayı: 6182

Türkiyə həbsdə olan keşiş Endryu Bransonu azadlığa buraxarsa, ABŞ bu səbəbdən tətbiq etdiyi sanksiya qərarlarını yenidən gözdən keçirəcək.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu mətbuat konfransında Ağ Evin sözçüsü Sarah Sanders deyib. O, bugünkü ABŞ-Türkiyə münasibətlərini şərh edib:

“Hazırkı polad vergisi Bransonun azad edilməsi ilə aradan qaldırıla bilməz. Çünki bunlar beynəxalq təhlükəsizliyimizlə bağlıdır. Türkiyənin bizə tətbiq etdiyi əlavə gəlir vergiləri isə “ABŞ-a cəza”dır. Ancaq keşişlə əlaqədar Türkiyəyə tətbiq edilən sanksiyaları nəzərdən keçirərik”.