Rauf Arifoğlu nazirliyə qarşı aksiya anonsu verdi

rauf-arifoglu-nazirliye-qarsi-aksiya-anonsu-verdi
Oxunma sayı: 656

“Qafqazinfo”nun məlumatına görə, “Yeni Müsavat”, “Azadlıq”, “Xural”, “Gündəlik Xəbər”in baş redaktorları medianın real durumu ilə bağlı məruzə ilə çıxış ediblər. Daha sonra, Sosial İnformasiya Agentliyinin əməkdaşının Milli Məclisə akkreditasiya olunmaması ilə bağlı məsələyə yenidən baxılması üçün müraciət qəbul olunub. Toplantıda qəbul edilən mühüm qərarlardan biri Redaktorlar Birliyinin gələn həftə təşkil edəcəyi iki dəyirmi masa ilə bağlı olub. Həftənin ikinci günü Zabitlər evində keçiriləcək dəyirmi masada internet media, onun hazırkı vəziyyəti və s. məsələlər müzakirə olunacaq. Həftənin beşinci günü Media Mərkəzində təşkil olunacaq dəyirmi masada isə yayım problemləri əsas müzakirə mövzusu olacaq.

Toplantıda qəbul edilən mühüm qərarlardan biri isə “Xural” qəzetinin bölgə müxbiri Aydın Canıyevin müdafiəsi ilə bağlı tədbirlərin keçirilməsi olub.
Toplantıda çıxış edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, onlara qarşı Müdafiə Nazirliyindən beş iddia ərizəsinin daxil olacağı gözlənilir. Baş redaktorun sözlərinə görə, onlarda böyük həcmdə pulların tələb ediləcəyi ilə bağlı məlumatlar var. R. Arifoğlu belə bir iddianın qaldırılacağı təqdirdə MN-nin qarşısında aksiya keçirəcəklərini elan edib. RB-i isə bu aksiyada informasiya dəstəyini əsirgəməyəcəyini açıqlayıb.

Toplantıda, eyni zamanda “Xural”a qarşı irəli sürülən 150 minlik yeni məhkəmə iddialarının da diqqətdə saxlanılacağı vurğulanıb.