Rauf Arifoğlu ölümlə hədələnir

rauf-arifoglu-olumle-hedelenir
Oxunma sayı: 646

Bu barədə musavat.com-a qəzet rəhbərliyindən məlumat verilib. Bildirilir ki, özünü gah "Ərdoğan", gah da "kürd oğlu" kimi tanıdan naməlum şəxs qəzetdə dərc olunan "Ələ keçən terrorçu PKK-nın rəzil həyatını açıqladı" başlıqlı yazının müəllifi Nəsiminin və "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlunun ünvanına təhqiramiz ifadələr işlədir, onları ölümlə hədələyir.

Qəzet rəhbərliyi arayış üçün bildirir ki, yuxarıda başlığı göstərilən yazı əslində Türkiyədə çıxan "Milliyet" qəzetinin materialıdır və Anadolu türkcəsindən Azərbaycan şivəsinə uyğunlaşdırılıb. Bundan başqa, ələ keçən terrorçunun PKK barədə söylədikləri Türkiyədə fəaliyyət göstərən bütün elektron və çap media quruluşlarında yer alıb. Buna baxmayaraq özünü PKK simpatizanı kimi aparan şəxsin "Yeni Müsavat"ı hədəf seçməsi anlaşılmır. Adamın dərdi varsa, öz etirazını PKK üzvlərinin ələ keçirildiyini ilk yazan mətbuat orqanlarına bldirməlidir.
Bu, bir daha sübut edir ki, Türkiyəni qana bulayan, qardaş ölkənin parçalanmasına çalışan qəddar terror təşkilatının ölkəmizdə də xeyli sayda simpatizanları və müəyyən bir şəbəkəsi var. Onlar o dərəcədə irəli gediblər ki, səslərinin yazıla biləcəyini, zəng etdikləri telefonların dəqiqləşdiriləcəyini bilə-bilə ölkənin ən populyar qəzetinin ünvanına təhqir və təhdid sovura bilirlər.
Qəzet rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edərək qəzeti psixoloji terrora məruz qoyan şəxsin tezliklə tapılıb cəzalandırılmasını xahiş edir.

musavat.com