Rayon polisi ayağa qalxdı

rayon-polisi-ayaga-qalxdi
Oxunma sayı: 635

Bu barədə “Qafqazinfo”ya qərargahın koordinatoru Oqtay Gülalıyev məlumat verib. O bildirib ki, rayon ərazisində yerləşən “Şam” İstirahət Mərkəzi ilə müqavilə bağlanıb və sabah həmin yerdə tədbirin keçirilməsi planlaşdırılıbmış. Lakin bu gün mərkəzin rəhbərliyi toplantı üçün yer ayırmaqdan imtina edib və müqavilə ləğv olunub. O. Gülalıyıev deyib ki, onlara bu tapşırığın rayonun İcra Hakimiyyətindən gəldiyini bildiriblər: “Biz bu toplantıda Kür daşqınlarından əziyyət çəkənlərin iştirakını təmin etmək və onların problemlərinin aradan qaldırılması üçün yollar axtarmaq fikrində idik. Amma görünür bu tədbir bu qurumların narahatlığına səbəb olub”. O.Gülalıyev bildirib ki, tədbirdə bölgədən kifayət qədər çox zərərçəkmişin iştirak etməsi planlaşdırılıb. Buna görə də o istənilən halda toplantının baş tutacağını və açıq havada olsa belə müzakirələrin təşkil ediləcəyini bildirib.

Koordinator onu da bildirib ki, yerli polis idarələri daşqınlardan əziyyət çəkənlərə təzyiqlər edir və onların tədbirdə iştirakının qarşısını almağa çalışır. Hətta bir sıra kəndlərin çıxışında polis postları qurulub.

O. Gülalıyev tədbirdən sonra Şam İstirahət Mərkəzi ilə bağlı məhkəməyə müraciət olunacağını vurğulayıb.