Rayonda gərginlik yarandı

rayonda-gerginlik-yarandi
Oxunma sayı: 656

.Bu barədə Teleqraf.az-a görüşdə iştirak edən Sabirabad sakinlərindən biri məlumat verib.

Onun sözlərinə görə, “Nurgül” şadlıq sarayında təşkil olunmuş görüşdə 400-ə yaxən şəxs iştirak edib. Tədbirin gedişatında isə bir qrup şəxs ayağa qalxaraq görüşdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və digər yüksək çinli məmurların da iştirak etməli olduğunu deyiblər. Nəticədə zalda gərgin atmosfer yaranıb.
Mənbənin sözlərinə görə, səhər saatlarından şadlıq sarayı polis tərəfindən mühasirəyə alınıb. “Kəndlərdə insanlara təzyiq olunub ki, görüşdə iştirak etməsinlər” – deyə, mənbə bildirib.

Teleqraf.az-ın əməkdaşı başqa bir mənbədən sözügedən görüşdə FHN-nin və digər dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyini dəqiqləşdirib.

Qeyd edək ki, daşqınlardan ziyan çəkmiş insanlarla görüş "Kür" Vətəndaş Cəmiyyəti Qərargahının müraciəti əsasında Sabirabad rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.