Razi Nurullayev xalqı yardıma çağırdı - Status

razi-nurullayev-xalqi-yardima-cagirdi-status
Oxunma sayı: 686

“Qafqazinfo” məlumatına görə, R. Nurullayev bugünkü statusunda 2013-cü il prezident seçkilərinə hazırlığ prosesinin fəal getdiyini yazıb: “Azərbaycanda siyasi proseslər anbaan artmaqda davam edir. İllərlə başının altına yastıq qoyub yatan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, ziyalılar və s. fəallaşıb. Nəzərlər ərəb inqilablarından sonra Azərbaycanda baş verəcək hadisələrə yönəlib. Digər tərəfdən bütün qüvvələr 2013 prezident seçkilərinə hazırlaşır. Məntiq onu deyir ki, siyasi aktivləşmə ən azından 2013 seçkilərinə kimi artan xətt üzrə gedəcək və seçki vaxtı pik nöqtəsinə çatacaq. Azərbaycan xalqı da nəzərlərini siyasi qüvvələrə yönəldib. Müxalifət axır ki, Azərbaycanda siyasi sistemi dəyişməyə iqtidarı məcbur edə biləcəkmi? Yaxud hakimiyyət üzərində qələbə çalaraq, vəd verdiyi xöşbəxtlikləri gətirə biləcəkmi?”
O, qeyd edib ki, bütün müxalif qüvvələrin fərdi iddiaları kənara qoyub birləşməsi lazımdır və xalq da, fəal vətəndaşlar da öz sözünü deyib, müxalifətin düzgün strategiya seçməsinə yardımçı olmalıdırlar.
Sədan