Razi Nurullayevin iqtidardan tələbi

razi-nurullayevin-iqtidardan-telebi
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, statusunda R. Nurullayev bildirib ki, Südeyf Məcidi sifarişlə həbs ediblər: “bia.az saytı - Bakı İnformasiya Agentliyi ciddi bir informasiya məkanına çevrilmişdi. Təzyiqin olacağını hər an gözləyirdim. Hər bir informasiya başlığında bir çağırış, bir mənəviyyat və bir dünyagörüşü var idi. Südeyf Məcidlinin həbsinin sifariş edilməsi məni çox üzüb. Onu tanımırdım, heç vaxt ünsiyyətdə olmamışam, üz-üzə gəlməmişik, lakin onun mövqeyni bölüşürdüm. Nə gizləyim, mənə də həmişə loyal olublar və hər kiçik informasiyamı belə bölüşüblər. Hətta, bloqumun banerini də saytlarında yerləşdiriblər. Çox üzüldüm ki, düzlüyə, təmənnasızlığa qiymət verilmir. Südeyf Məcidlinin azad olmasını istəyirəm, yox, tələb edirəm. Olmaz azad sözü boğmaq. O söz yenidən diriləcək və göyərəcək. Bütün bia.az saytının əməkdaşlarına dözüm arzulayıram və onları müdafiə etdiyimi bəyan edirəm. Azərbaycan iqtidarına üz tutub deyirəm. Südeyf Məcidlini azad edin. Çalışın ki, ölkədəki problemləri düzələdəsiniz. Güzgünü sındırmaqla hakimiyyəti uzatmaq olmaz! Südeyf Məcidliyə azadlıq!”
Qeyd edək ki, Bakı İnformasiya Agentliyinin (Bia.az) təsisçisi Südeyf Məcidli 3 ay müddətinə həbs edilib.

Sədan