Braziliya millisinin sabiq üzvü 25 yaşında öldü

braziliya-millisinin-sabiq-uzvu-25-yasinda-oldu
Oxunma sayı: 1355

Braziliya millisinin sabiq üzvü Dionatan Teyşeyra vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Moldovanın “Şerif” klubunda çıxış edən 25 yaşlı futbolçu vətənində olarkən dünyasını dəyişib. 

O, ürək tutmasından həyatını itirib,. 

2014-2017-ci illərdə “Stok Siti”nin formasını geyinmiş Dionatan bu ilin fevralında “Şerif”lə müqavilə bağlayıb. Moldova klubu ilə həm ölkə çempionu, həm də kubokun sahibi olan Teyşeyra yayda Braziliyaya qayıdıb. O, Braziliyanın U-17 və Slovakiyanın U-21 yığmalarında da çıxış edib.