Braziliya onlara bir az da uzaq oldu

braziliya-onlara-bir-az-da-uzaq-oldu
Oxunma sayı: 635

“Qafqazinfo” xəbər verir ki, Türkiyə yığması öz meydanında Macarıstanı qəbul edib və 1-1 hesablı heç-heçə əldə edib. Bu oyun türklərin Braziliyaya getməsi üçün son şans kimi qiymətləndirilirdi. Lakin bunun üçün türklər heç şübhəsiz ki,qalib gəlməli idilər. Ancaq bu baş vermədi. Türklər üstün olduqları oyunda bir neçə dəfə real qol şansı əldə etsələr də, cəmi 1qol vura biliblər. Burak Yılmaz hesabı açıb. Lakin rəqibin autdan başladığı top macarıstanlı futbolçu Bodenin zərbəsi ilə gözlənilmədən qapıdan keçib. Türklərin adi vəziyyətdə müdafiədə buraxdıqları kobud səhv onlara baha başa gəlib və görüş 1-1 hesabı ilə başa çatıb. Beləliklə Türkiyə 6 oyundan sonra cəmi 7 xal toplaya bilib və Braziliyaya getmək şanslarını demək olar ki, heçə endirib.

İqbal