Braziliya prezidenti rəsmən korrupsiyada ittiham olunur

braziliya-prezidenti-resmen-korrupsiyada-ittiham-olunur
Oxunma sayı: 655

Braziliya Federal Ali Məhkəməsinin hakimi Edson Fakin korrupsiyada ittiham olunan prezident Mişel Temerə qarşı cinayət işi açılmağına dair qərar qəbul edib.

“Qafqazinfo”nun “Globo” telekanalına istinadən verdiyi məlumata görə, müvafiq tələb Federal Ali Məhkəməyə Baş Prokurorluq tərəfindən göndərilib. Bununla da 76 yaşlı prezident rəsmən korrupsiyada şübhəli hesab olunub.

Qeyd olunur ki, daha öncə braziliyalı sahibkarlar – Joesli və Uesli Batist qardaşları Federal Ali Məhkəməyə Mişel Temerlə bağlı səs qeydi veriblər. Qeyddə Temer eks-prezident Dilma Russefin impiçmentinin təşəbbüskarı olan parlamentin alt palatasının keçmiş spikeri Eduard Kunyunu pulla “almağı” təklif edib. 

“Globo”nun məlumatına görə, pullar Kunyunun susdurulması üçün təklif olunub. Temer öz növbəsində, Kunyu ilə rüşvət söhbətini təkzib edib.