Braziliya prezidenti xəstəxanaya yerləşdirilib

Braziliya prezidenti xəstəxanaya yerləşdirilib
Oxunma sayı: 397

Braziliya prezidenti Mişel Temer çərşənbə günü özünü pis hiss edib və xəstəxanaya aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Globo” portalı məlumat yayıb.

Məlumata əsasən, ölkə başçısı hərbi hospitala yerləşdirilib. Hazırda dövlət başçısının səhhəti barədə ətraflı məlumat verilmir.

Qeyd edək ki, M. Temer ədalətdən yayınma və şəntajda ittiham olunur. Yaxın günlərdə aşağı palatada bununla bağlı səsvermə olacaq.

Bir neçə gün öncə Konqress Ədliyyə Komitəsinin ittihamlarını rədd edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi