Braziliya Venesuela ilə sərhədə qoşun yığdı

braziliya-venesuela-ile-serhede-qosun-yigdi
Oxunma sayı: 987

Braziliya silahlı qüvvələri Venesuela ilə sərhəddə yerləşən Rorayma ştatına yola düşüb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə prezident Mişel Temer göstəriş verib. Buna səbəb kimi yerli sakinlərin və Venesueladan olan miqrantların təhlükəsizliyinin təmin edilməsi göstərilib. Ordu bu gündən sərhədə toplanıb və 2 həftə orada qalacaq. 

Braziliya qanunvericilliyinə əsasən, hökumət hüquq-mühafizə orqanlarının gücü yetməzsə, qoşunlardan istifadə edə bilər.