Braziliya yığması Azərbaycana gəlir

braziliya-yigmasi-azerbaycana-gelir
Oxunma sayı: 646

“Qafqazinfo”nun AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Boliviyada keçirilmiş seçmə mərhələ oyunlarında Cənubi Amerika qitəsini təmsil edəcək 3 ölkənin – Braziliya, Uruqvay və Kolumbiyanın müvafiq yaş qrupundan ibarət komandası Azərbaycanda təşkil olunacaq dünya çempionatında iştirak hüququ əldə edib.
Xatırladaq ki, daha əvvəl Asiya qitəsindən Çin, Şimali Koreya və Yaponiya yığmaları DÇ-2012-yə vəsiqə qazanmışdı. Azərbaycan yığması isə dünya çempionatında ev sahibi statusu ilə çıxış edəcək.
Dünya çempionatı sentyabrın 22-dən oktyabrın 13-dək baş tutacaq.