Braziliyada avtobus qəzası - 21 ölü, 22 yaralı

braziliyada-avtobus-qezasi
Oxunma sayı: 693

Braziliyanın Espiritu Santu ştatında sərnişin avtobusu qəzaya uğrayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Globe" portalı məlumat yayıb.

Məlumata əsasən daşla dolu yük maşını avtobusa çırpılıb. İnsident nəticəsində 21 nəfər ölüb, daha 22 nəfər isə xəsarət alıb.  Ölənlərdən azı 13 nəfəri avtobusun sərnişinləridir.

İlkin ehtimala görə, qəza yük avtomobili sürücüsünün səhvi səbəbindən baş verib.