Braziliyada kilsədə atışma olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kampinas şəhərində baş vermiş hadisədə 4 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb. Silahlı insidenti təşkil edən şəxs daha sonra özünü öldürüb.
Hadisənin səbəbi bilinmir.