Braziliyada ölənlərin sayı hələ də artır

braziliyada-olenlerin-sayi-hele-de-artir
Oxunma sayı: 731

Braziliyanın Brumadinyo şəhərində su bəndinin uçması nəticəsində ölənlərin sayı artaraq 207 nəfər olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hələ də 100-dən çox insandan xəbər yoxdur. Hadisə yerində axtarış-xilasetmə işləri bu gün də davam etdirilir.

Qeyd edək ki, hadisə yanvarın 25-də “Vale” korporasiyasının şaxtasında baş verib.