Braziliyada palçıq altından daha 8 cəsəd tapıldı

Braziliyada palçıq altından daha 8 cəsəd tapıldı
Oxunma sayı: 233

25 yanvarda Braziliyanın Brumadinyo qəsəbəsində su anbarının uçması səbəbindən itkin düşənlərdən daha 8 nəfərin cəsədi tapılıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 165-ə çatıb. Onlardan 156 cəsədin şəxsiyyəti müəyyənləşdirilib.

170 nәfәr itkin düşmüş hesab olunur.

Məlumata görə, faciənin baş verdiyi bölgədə 138 nəfər evsiz qalıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi