Braziliyada şagird sinif yoldaşlarını güllələdi - 2 ölü, 4 yaralı + Fotolar

braziliyada-sagird-sinif-yoldaslarini-gulleledi
Oxunma sayı: 1490

Braziliyanın Qoyaniya şəhərindəki məktəblərdən birində 14 yaşlı şagird silahla cinayət törədib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun sinif yoldaşlarına atəş açması nəticəsində 2 şagird ölüb, 4-ü isə yaralanıb.

Hadisə yerinə çağırılan polislər silahlı şagirdi tutublar.

Cinayət tərədən şagirdin atasının da polis olduğu bildirilir. Onun hadisədə istifadə etdiyi silahın da atasına məxsus olduğu ehtimal edilir.