Braziliyadan darmadağın - Video

braziliyadan-darmadagin
Oxunma sayı: 2680

Kopa Amerikanın A qrupunda qərarlaşan Braziliya millisi növbəti matçını Peru yığmasına qarşı keçirib.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma “sambaçılar”ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qollarara Kasemiro (16), Firmino (32), Everton (53), Tiaqo Silva (81) və Villian (90) imza atıb.

Qrupun digər matçında isə Venesuela Boliviya üzərində 3:1 hesablı qələbə qazanıb.

Qeydə alınan nəticələrdən sonra Braziliya 7 xalla qrup birincisi olub. Venesuela isə 5 xalla qrupdan çıxmağı bacarıb.