“Real” builki Çempionlar Liqasına əlvida dedi

real-builki-cempionlar-liqasina-elvida-dedi
Oxunma sayı: 672

Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Bu mərhələdə iki komanda ilə təmsil olunan yeganə ölkə olan İspaniyanın “Barcelona” klubu “Chelsea” ilə üz-üzə gəlib. ÇL-in son qalibini titulunu qorumaq yolunda çətin sınaq gözləyirdi. İngiltərə təmsilçisinə ilk oyunda minimal hesabla məğlub olan kataloniyalılar bunun üçün cavab görüşündə mütləq 2 top fərqi ilə qələbə qazanmalıydılar. Lakin onlar iki qol vurduqdan sonra bunun davamını gətirə bilməyiblər. Əksinə, azlıqda qalan ingilislər əsl futbol möcüzəsi göstərərək, 10 nəfərlə 2 qol vuraraq, sərfəli heç-heçə ilə finala çıxıblar.

Digər yarımfinal cütündə isə İspaniyanın ikinci təmsilçisi “Real” Almaniya “Bayern”i ilə qarşılaşıb. “Barcelona” ilə müqayisədə Madrid klubunun işi bir qədər daha asan idi. Çünki “Real” hətta minimal hesablı qələbə sayəsində də mərhələ adlaya bilərdi. Almanlara isə bunun üçün heç-heçə də bəs edirdi. Lakin görüşün əsas vaxtı yenə 2:1 hesabıyla, bu dəfə ispanların xeyrinə başa çatıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə yarım saatda da qalib müəyyənləşmədiyindən penaltilərə müraciət olunub. Lotoreyada gülən Almaniya təmsilçisi "Chelsea" ilə finalda oynamaq hüququ qazanıb.

Qeyd edək ki, final oyunu mayın 19-da keçiriləcək.

Çempionlar Liqası
Yarımfinal (cavab oyunları)
24 aprel

Barcelona (İspaniya) - Chelsea (İngiltərə) - 2:2 (ilk oyun - 0:1)
Qollar: Buskets, 35, İnyesta, 44 - Ramires, 45+1, Torres, 90+2.
Matçın 49-cu dəqiqəsində Messi penaltidən yararlana bilməyib

25 aprel

Real (İspaniya) - Bayern (Almaniya) - 2:1 (penaltilərlə 1:3) (1:2)
Qollar: Ronaldo, 6-pen; 14 - Robben, 27-pen.