“Real Madrid” xaçdan imtina edir

real-madrid-xacdan-imtina-edir
Oxunma sayı: 669

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “Real” Birləşmiş Ərəb Əmirliklərində açacağı “Resort İsland”da yerləşdiriləcək loqolarındakı kral tacının üzərindən xaç işarəsini götürəcəyini açıqlayıb.

Məlumatda bildirilir ki, “Real” həmin layihədən qazanacağı 25 milyon avronu itirməmək və başqa problemlərin yaşanmaması üçün xaç işarəsindən ona həssaslıqla yanaşılan müsəlman ölkəsi Birləşmiş Ərəb Əmirliklərində istifadə etməməyi qərara alıb.