“Realnıy Azerbaydjan”la bağlı Avropa İttifaqına müraciət edilib

realniy-azerbaydjanla-bagli-avropa-ittifaqina-muraciet-edilib
Oxunma sayı: 663

Hərəkatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tərəflər Azərbaycanda insan haqları, hakimiyyətin mətbuata basqıları, internetə yaradılan problemlər və xüsusən həbsdə olan blogerlər Cabbar Savalan və Bəxtiyar Hacıyevin durumunu müzakirə ediblər.

Bundan əlavə Yohan Bir Eynulla Fətullayeva bildirib ki, təmsil olunduğu təşkilat 2007-ci ildə hakimiyyətin təzyiqi ilə bağlanan “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin bərpasına yardım üçün Avropa İttifaqına müraciət edib.