Bred özündən 27 yaş kiçik məşhurla - Sevgili oldu

bred-ozunden-27-yas-kicik-meshurla
Oxunma sayı: 3344

“American Star” jurnalı “Oskar” mükafatçısı Cennifer Lourens və Bred Pittin sevgili olduğunu iddia edib. 

“Qafqazinfo” xəbər verir ki, məşhur maqazin dərgisi 54 yaşlı aktyorun uzun müddətdir ki, 27 yaşlı aktrisadan xoşu gəldiyini qeyd edib. 

Bildirilir ki, Hollivud ulduzu həmkarının telefon nömrəsini dostundan tapıb və ona mesaj atıb. 

Bir neçə gün yazışan cütlük görüşmək barədə qərara gəlib.  Aralarında 27 yaş fərq olan məşhurlar daha sonra eşq yaşamağa başlayıblar.