Bred- Şarliz münasibətinin pərdəarxası

bred-sarliz-munasibetinin-perdearxasi
Oxunma sayı: 1174

Amerikanın nüfuzlu “People” jurnalı Hollivudun iki məşhur siması- Bred Pitt və Şarliz Teronun gündəmdən düşməyən sevgi münasibətindən yazıb. “Qafqazinfo” xəbər verir ki, dərgidə Pitt-Teron cütlüyünün sevgi hekayəsinin detalları barədə məqalə dərc olunub.

Nəşrə görə, iki kino ulduzu 6 ay bundan əvvəl yaxınlaşmağa başlayıblar. Onlar “Breitling” brendinin reklam çarxına birgə çəkiliblər, bundan sonra yaxın dost olublar.  

“Entertainment Tonight” isə iddia edir ki, cütlük hələ sevgili olmağa hazır deyil: “Onlar uzun illərdir ki, bir-birlərini tanıyırlar. Çəkilişdən sonra dostluqları güclənib. Cütlük müxtəlif mövzularda söhbət edir, tez-tez ünsiyyətdə olurlar. Bred və Şarliz ciddi münasibətə hazır deyillər. Ancaq onlar Hollivudun çox maraqlı cütlüyü ola bilərlər, lakin indi yaxşı dostdurlar”. 

Amerika və İngiltərə KİV-lərinin əskəriyyəti isə onların sevgi xəbərini uydurma, lakin uğurlu PR hesab edir. 

Bu məqamda bildirək ki, gündəmin qəhrəmanları mövzu barədə hələlik rəsmi açıqlama verməyiblər.