Redaktorlar Birliyi hakimiyyət qarşısında tələb qaldırdı - Bəyanat

redaktorlar-birliyi-hakimiyyet-qarsisinda-teleb-qaldirdi-beyanat
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda deyilir: “Biz hesab edir ki, Azərbaycanda söz azadlığının vəziyyətinin günbəgün ağırlaşaraq acınacaqlı hala çatmasında təkcə hakimiyyətin müstəqil mətbuata dözülməz münasibətinin deyil, həm də jurnalistlərin həmrəyliyini yetəri səviyyədə olmamağının və bu həmrəyliyin ilbəil azalmasının nəticəsidir. Buna görə, media ictimaiyyəti daha geniş formatda birgə toplanaraq, hazırkı acınacaqlı vəziyyəti yaratmış halları və ümumilikdə son illər mediada baş vermiş bütün hadisələri müzakirə etməli və çıxış yolları üçün vahid strategiya müəyyənləşdirməlidir”.

Bəyanatda qeyd olunur ki, eyni zamanda biz mətbuat yayımın sıxışdırılmağı və bu sektorun hökumətin nəzarətində olmaqla tək əldə birləşdirilməyindən narahatıq: “Baxmayaraq ki, hökumət rəsmiləri xalqın qəzetlərə inanmadığını, yalnız iqtidarın nəzarətində olan televiziya və radiolardan alınan məlumatlara etibar etdiyini iddia edir. Amma müstəqil və müxalifətyönlü qəzetlərə qarşı bütün istiqamətlərdən durmadan davam edən və günü-gündən yeni üsullarla kəskinləşən təzyiqlər bunun əksini deyir”.

Bəyanatda Azərbaycan hakimiyyəti həbsdə olan gənclərin azad edilməsinə çağırılır: “Biz Azərbaycan hakimiyyətini Azərbaycanın müstəqil və tənqidçi mediasına qarşı dözümsüz yanaşmadan çəkinməyə, xüsusilə son vaxtlar sosial mediaya qarşı başladığı repressiyanı dayandırmağa, internet üzərində nəzarəti götürməyə, şərlənərək həbs edilmiş bloggerlər - Cabbar Savalanlı və Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırırıq.

Biz Azərbaycan hökumətindən jurnalistlərin, bloggerlərin və digər ictimai-siyasi fəalların vəkilləri - Anar Qasımov, Elçin Namazov, Osman Kazımov, Xalid Bağırovun və digərlərinə qarşı başlayan təzyiqləri dayandırmağa çağırırıq.

Habelə Biz üzümüzü dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara tutaraq, yuxarıda qeyd etdiyimiz problemlərin həlli, Azərbaycanın beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini israrlı şəkildə tələb etməyə çağırırıq”.

Fatimə Kərimli