Bredlə Colinin valideynlik savaşı - Uşaqlar kimdə qalacaq?

bredle-colinin-valideynlik-savasi
Oxunma sayı: 1521

2017-ci ilin dekabrında boşanan Hollivud ulduzları Ancelina Coli və Bred Pitt hakim qarşısına çıxacaq.“Qafqazinfo” xəbər verir ki, Coli 6 övladının tam, Bred isə yarı yarıya tələb etdiyi valideynlik hüququnun verilməsi barədə məhkəmə prosesi 4 dekabrda baş tutacaq.  

Bu məqamda bildirək ki, üçünü bioloji, digərlərini isə övladlıq götürən cütlük arasında gərginlik bir neçə aydır ki, davam edir. 

İddia olunur ki, Ancelina uşaqlarını ataları ilə görüşməyə icazə vermir, onlara bu mövzuda basqı göstərir.