Rəhbərliyə etiraz edən həkimləri otaqlara həbs etdilər

rehberliye-etiraz-eden-hekimleri-otaqlara-hebs-etdiler
Oxunma sayı: 641

Həkimlərin mətbuat nümayəndələrinə etdiyi müraciətdən sonra SİA-nın bölgə müxbiri ərazidə baş verən proseslərə aydınlıq gətirmək qərarına gəlib. Ancaq səhiyyə müəssisəsinin qapıları media nümayəndələri üçün bağlı olub. Mühafizə dəstələri heç kimin əraziyə girişinə icazə vermədiyini və tibb ocağının bu gün ümumiyyətlə fəaliyyət göstərmədiyini bildiriblər. Nəticə isə xəstələr üçün ürək açan olmayıb. Müalicə üçün gələn xəstələr analoji vəziyyətlə üzləşdiklərindən sinirlərini saxlaya bilmədilər. Həkimlərlə telefon əlaqəsi zamanı isə maraqlı cavablar diqqətimizi çəkdi. İşçilərin çalışdıqları otaqların qapıları bağlanıb və heç kim bayıra buraxılmır. Həkimlərin dediyinə görə çölə buraxılmama əmirini isə baş həkim verib.
Çıxılmaz vəziyyətdə qalan həkimlər mətbuat nümayəndələri ilə əlaqə qurmaq üçün dəhlizlərə və pəncərələrə çıxıblar. Qısa olaraq onu deyək ki, artıq uzun müddətdir burada çalışan tibb işçiləri nədənsə indi işdən çıxarılır. Həkimlər isə əvəzində təzminat tələb edir.