Rəis özünü niyə öldürdü?

reis-ozunu-niye-oldurdu
Oxunma sayı: 665

Balakən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Asif Qasımov tabel silahı ilə başından atəş açaraq özünü öldürüb.

Balakən rayon Polis Şöbəsindən Qafqazinfo-ya verilən məlumata görə, gecə saat 01:30 radələrində 43 yaşlı A. Qasımov özünü bölmənin inzibati binasının qarşısında silahla öldürüb.

Onun özünü öldürməsi xəstəliyi ilə bağlı olub. O, bir müddət əvvəl sağalmaz xəstəliyə tutulmasını bilib.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.