Rejissoru İsa peyğəmbəri təhqirə görə məhkəməyə verdilər -Video

rejissoru-isa-peygemberi-tehqire-gore-mehkemeye-verdiler-video
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, “əl-Rais” qəzeti yazır ki, ispaniyalı rejissora 54 saniyəlik “İsanı necə hazrılamalı” filminə görə ittiham irəli sürülüb. Bu film 1978-ci ildə çəkilib. Bundan əvvəl rejissuru iki dəfə ittiham etməyə cəhd olunub, ancaq hər ikisində məhkəmə işi bağlanılıb.

Krae irəli sürülən ittihamı absurd hesab edir. Rejissorun sözlərinə görə, onu etmədiklərində ittiham edirlər. “Mən şəxsən televiziyada İsanı “hazırlamadım”, film heç yedə nümayiş olunmayıb”- deyə rejissor bəyan edib. Krae deyib ki, kiminsə dini hisslərinin necə təhqir olunduğu ittihamda aydın deyil.

Kraenin filmi “İsanın bişirilməsi” ilə bağlı yemək reseptinin mətbəxdə nümayişindən bəhs edir. Filmin 1978-ci ildə çəkilməsinə baxmayaraq, ona 2004-cü ildə diqqət verilib.

İspaniyanın bir çox mədəniyyət xadimi Kraein müdafiəsnə qalxıb. Müğənni Viktor Manuel, aktyor Santyaqo Sequra, yazıçı Migel Tomas-Valente rejissor müdafiə edən 53 nəfərin arasındadırlar.