Rəmişdən Çingiz Mustafayevə gözlənilməz cavab

remisden-cingiz-mustafayeve-gozlenilmez-cavab
Oxunma sayı: 658

Xatırladaq ki, Ç.Mustafayev Rəmişin gitarada ifasını tənqid etmiş, onun gitarasının "tar kimi milli musiqilərə kökləndiyini, bu səbəbdən də Rəmişi gitaraçı saymağın düzgün olmadığını" söyləmişdi.

"Mən artıq işimin ustası kimi tanınmışam. Mənimçün xalqın sevgisi vacibdir, - deyə Rəmiş bildirib. - Çingiz mənə zəng vuraraq sözlərinə görə üzr istəyib. Hətta məni gitaraçıların padşahı adlandırıb. Mən ondan incimirəm. Ola bilsin ki, mənim gitaram milli musiqiyə köklənib. Çünki mən tez-tez muğam ifa edirəm. 67 yaşım var. Odur ki, nəvəm yaşda oğlana cavab vermərəm. Axı onlar ifaçı deyillər. Ulduz olmaq üçün evlərini satırlar. Bütün bu pulu özlərinə xərcləyirlər, lakin 10 dəqiqədən sonra onları heç kim xatırlamır".

Milli.az