Brent 71 dolları keçdi - 4 il sonra ilk

brent-71-dollari-kecdi
Oxunma sayı: 1050

Dünya birjalarında neft bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 1,479 faiz bahalaşaraq barreli 71,01 dollar olub. Brent sonuncu dəfə 2014-cü ilin dekabrın 3-də 71 dollardan baha satılıb. 

WTI markalı neftin qiyməti isə 2,775 faiz bahalaşaraq barelli 66,31 il dollara yüksəlib. 

Qeyd edək ki, WTI markalı neft sonuncu dəfə 2014-cü ilin dekabrın 8-də 65 dollar həddini keçib.