Dünya bazarında “qara qızıl”ın qiymətində artım davam edir.
“Qafqazinfo” xəbər verir ki, “Brent” markalı neftin qiyməti 0,5 % bahalaşaraq barreli 72,12 dollardan satılır.
WTI markalı neftin qiyməti isə 1,32 % artaraq barreli 62,45 dollardan təklif olunur.
Xatırladaq ki, “Brent” aprelin sonlarında 74,61 dollardan satılırdı.