Dünya birjalarında neftin qiymətində bahalaşma müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında “Brent” markalı neft 0,24 % artaraq bir barrelə görə 67,24 dollardan satılır.
WTI markalı neftin mart fyuçersi isə 0,51 % bahalaşaraq barreli 57,45 dollardan təklif olunur.